Bakı 6˚C Mostly cloudy

Bakıda motosiklet avtomobillə toqquşdu

Hadisə 13:25 08 yan, 2022

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb

Bakıda motosiklet avtomobillə toqquşdu

Bakıda motosiklet avtomobillə toqquşub.

Qazet.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rzayev Zahir Cəfər oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan avtomobilə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ aşıq baldırın əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.