Bakı 3˚C Mostly cloudy

Bakıda oğul anasını öldürdü

Hadisə 14:00 24 dek, 2021

Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb

Bakıda oğul anasını öldürdü

Bakıda oğul anasını qətlə yetirib.

Qazet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

32 yaşlı Samir Cəfərov səhər vaxtı valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.

Qonşular bildiriblər ki, bundan öncə onlarda problem eşidilməyib, sakit ailə olublar. Oğlanın isə hansı səbəbdən qətl törətdiyi hələ ki, dəqiqləşdirilməyib.

Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.