Bakı 7˚C Mostly cloudy

Bakıda orta aylıq əməkhaqqı 13 %-dən çox artıb

Cəmiyyət 14:01 01 okt, 2022
Bakıda orta aylıq əməkhaqqı 13 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 071,8 manat təşkil edib.

Qazet.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % çoxdur.

Qeyd edək ki, ilin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.