Bakıda partlayışda yaralananlar arasında əcnəbilər də var
Hadisə
11:03 03 apr, 2022
Üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb
Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.
Bu barədə Qazet.az-a TƏBİB-dən bildirilib.
İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti sabitdir.
Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.
Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.