Bakı 18˚C Partly sunny w/ showers

Bakıda qadın narkotacir həbs edilib

Hadisə 12:49 10 dek, 2021

Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb.

Bakıda qadın narkotacir həbs edilib

Bakıda qadından külli miqdarda narkotik vasitə götürülüb.

Qazet.az-ın məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nuriyeva saxlanılıb.

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə S.Nuriyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.