Bakı 3˚C Mostly cloudy

Bakıda qadın təcridxanaya soğanın içində narkotik keçirmək istəyib

Hadisə 20:10 22 sen, 2021

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb

Bakıda qadın təcridxanaya soğanın içində narkotik keçirmək istəyib

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Qazet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ruslan Rövşən oğlu Nuriyevə tanışı Bakı şəhər sakini Sara Əlişad qızı Xəlilova tərəfindən gətirilən sovqata baxış keçirilib. Yoxlama zamanı soğanın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 1,587 qram olan psixotrop maddə heroin və ümumi çəkisi 0,806 qram olan psixotrop maddə metamfetamin aşkar edilib.