Bakı 24˚C Sunny

Bakıda qanlı dava - 26 yaşlı oğlanı ölümcül hala saldılar

Hadisə 11:54 11 dek, 2021

İmamcanov Natiq Məmmədağa oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb

Bakıda qanlı dava - 26 yaşlı oğlanı ölümcül hala saldılar

Bakıda biçaqlanma hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İmamcanov Natiq Məmmədağa oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin ovuc səthinin çoxsaylı kəsilmiş yarası və ənsə nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulub.

N.İmamcanovun vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)