Bakı 2˚C Dreary

Bakıda qaydaları pozan otelin icarədarı saxlanıldı - FOTO

Hadisə 19:52 25 noy, 2021

Faktla bağlı araşdırma aparılır

Bakıda qaydaları pozan otelin icarədarı saxlanıldı - <span style="color:red">FOTO</span>

Oteldə karantin rejimi qaydalarının pozulduğu və müştərilərə qəlyan təklif edildiyi aşkar olunub.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinir.

Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel”ində karantin rejimi qaydalarının pozulması, qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.  

Otelin icarədarı Y.Tapdıqzadə və üç işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov rayon polis idarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.