Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələndi
Hadisə
12:15 25 okt, 2021
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır

Bakının Sabunçu rayonunda 59 yaşlı kişi bıçaq xəsarətləri alıb.
Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.
1962-ci il təvəllüdlü Əhmədov Asəf İslam oğlu qonşuluğunda yaşayan, hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı o döyülüb, daha sonra A.Əhmədova bıçaq xəsarəti yetirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.