Daha bir məktəbdə olay: Şagirdlər pomidor-yumurta bişirdi - Video
Gündəm
15:41 05 okt, 2022
![Daha bir məktəbdə olay: Şagirdlər pomidor-yumurta bişirdi - Video](https://qazet.az/resized/fit900x500/center/pages/109901/1449904.jpg)
Yeni tədris ili başlayandan orta məktəblərdə baş verən hadisələr gündəmdən düşmür. Bu gün isə dərs zamanı şagirdlərin sinif otağında pomidor-yumurta bişirməsi dəqqət çəkib.
Qazet.az xəbər verir ki,hadisə Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində baş verib.
Məlumata görə, məktəbin 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da, bu anların videosunu çəkərək paylaşıblar.
Qaynaq