Bakı 7˚C Sunny

Bakıda sahilə yaxın ərazidəki qurğu yanğın söndürülüb -YENİLƏNİB

Hadisə 18:25 29 noy, 2022
Bakıda sahilə yaxın ərazidəki qurğu yanğın söndürülüb -YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır.

Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.