Bakı 12˚C Dreary

Bakıda ŞOK HADİSƏ: Taksi sürücüsü binanın damından özünü atdı

Hadisə 11:49 14 dek, 2021

O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib

Bakıda ŞOK HADİSƏ:<span style="color:red"> Taksi sürücüsü binanın damından özünü atdı</span>

Bakıda daha bir nəfər özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Qazet.az xəbər verir ki, hadisə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 131A ünvanında yerləşən Rabitə və nəqliyyat kollecinin yataqxanasında baş verib.

Füzuli rayonu Dədəli kəndindən olan məcburi köçkün, 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu binanın damına çıxaraq özünü aşağı atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra taksi sürücüsü kimi çalışan Seymurun xeyli borcunun olduğu, banklardan götürdüyü kreditləri verə bilmədiyi, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkdiyi və bu sıxıntılar səbəbindən həyatına qəsd etdiyi məlum olub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.