Bakı 28˚C Intermittent clouds

Bakıda təhsil alan keçmiş prezidentin qızından ŞOK İDDİA: “Atamı keçmiş arvadı öldürtdürə bilər”

Gündəm 14:56 12 iyl, 2022

Keçmiş prezident 2017-ci ildə vəzifəsini tərk etmişdi

Bakıda təhsil alan keçmiş prezidentin qızından ŞOK İDDİA: “Atamı keçmiş arvadı öldürtdürə bilər”

Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı onun öldürülə  biləcəyini deyib. 

Qazet.az xəbər verir ki, bu versiyanı yoxlamaq üçün İspaniyada məhkəmə ekspertləri meyiti yarıblar, onun nəticələri hələ məlum deyil.

“Agence France-Presse” xəbər verir ki, Çize duş Santuş bu cəhddə atasının keçmiş həyat yoldaşı Ana Paulanı ittiham edir. Siyasətçinin qızının sözlərinə görə, Ana Paula eks-prezidentin ətrafının “insanları təqib edən” Anqola hökuməti ilə bağlıdır.

Duş Santuşun ailəsi də Anqola hakimiyyətinin təzyiqlərini açıqlayıb - siyasətçinin Barselonada dəfn olunmaq istəyinə baxmayaraq, onu vətənində dəfn etmək istəyirlər.

Joze Eduardo duş Santuş iyulun 8-də ürək tutmasından vəfat edib. O, Anqolanı 38 il idarə edib və 2017-ci ildə vəzifəsini tərk edib.

 

 

Qaynaq