Bakıda tikinti materialları satılan mağazada yanğın olub
Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospektində yerləşən tikinti materiallarının satışı mağazasında yanğın baş verib.
Bu barədə Qazet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.
Onun sözlərinə görə, hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırma aparılır: “Obyektin qaz təsərrüfatı və yaxınlığından keçən kommunikasiya xətlərində təsbit işləri görülür.
Həmçinin Departament rəisi qeyd edib ki, "Azəriqaz"ın əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.