Bakıda tıxac olan yolların SİYAHISI
Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində də tıxac yaranıb
![Bakıda tıxac olan yolların <span style="color:red">SİYAHISI</span>](https://qazet.az/resized/fit900x500/center/pages/26836/8a5c01eb-937a-4acc-84e3-c1f42f5823cd.jpeg)
Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Qazet.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Bakının Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər nəqliyyatın hərəkətində sıxlıq var.
Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində də tıxac yaranıb.
Paytaxtın Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısından mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.