Bakıda tualetdən kişi meyiti tapıldı
Hadisə
14:50 14 okt, 2021
Faktla bağlı araşdırma aparılır
Bakıda sanitar qovşağından (tualetdən) kişi meyiti tapılıb.
Qazet.az-ın məlumatına görə, hadisə Xətai rayonu, F.Bayramov küçəsində yerləşən avtomobillərin təmir sexindəki sanitar qovşağında qeydə alınıb.
Meyiti tapılan şəxs 1966-cı il təvəllüdlü Əbülfəz Zamanovdur. Meyitin üzərində heç bir zorakılıq əlamətləri yoxdur.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.