Bakıda üçəm doğulub
Cəmiyyət
20:18 09 yan, 2023
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda üçəm doğulub.
İnstitutdan verilən məlumata görə, spontan baş vermiş üçəm hamiləlik ilə müraciət edən qadına hamiləliyin 34-cü həftəsində qeysəriyyə kəsiyi icra olunub.
Əməliyyatdan öncə respirator distres sindromunun profilaktikası məqsədilə görülən tədbirlər öz nəticəsini verib, vaxtından əvvəl dünyaya gəlmələrinə baxmayaraq, üçəmlərə heç bir reanimasion tədbirin icra olunmasına ehtiyac olmayıb.
İki qız, bir oğlan olan körpələr sağlam şəkildə ailələri ilə birlikdə evə yola salınıb.