Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü
Hadisə
16:37 24 yan, 2022
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.
Qazet.az xəbər verir ki, bu barədə mediaya mərhumun qardaşı Elşən Atakişiyev məlumat verib.
O bildirilib ki, qardaşı bu gün vəfat edib:
“Qardaşım - 1979-cu il təvəllüdlü Atakişiyev Ramil Mobil oğlu yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə gedib. Orada isə naməlum şəxs tərəfindən döyülüb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb”.
Mərhumun iki övladı var.