Bakıda usta faciəvi şəkildə öldü
Hadisə
14:57 11 yan, 2022
O, paytxatdakı binalardan birində usta işləyirmiş
Qəbələ sakini Bakıda binadan yıxılaraq ölüb.
Qazet.az report-a istinadən xəbər verir ki, o, paytxatdakı binalardan birində usta işləyirmiş.
Belə ki, Qəbələ rayon Tikanlı kənd sakini, 1981-ci il təvəllüdlü Rahim İbrahim oğlu Cəlilov usta olaraq çalışdığı binadan yıxılaraq ölüb.
Məlumata görə, 41 yaşlı R.Cəlilov ailəsi ilə birlikdə Bakının Ramana qəsəbəsində yaşayıb və ev təmiri ilə məşğul olub.