Bakıda vətəndaşa küt alətlə xəsarət yetirildi
Gündəm
14:28 24 dek, 2021
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb

Bakıda 62 yaşlı kişi hücuma məruz qalaraq ağır xəsarətlər alıb.
Qazet.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
1959-cu il təvəllüdlü İmanov Ellər İbrahim oğlu rayon ərazisində fəaliyyət göstərən bankların birinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qalıb.
O, hadisə zamanı küt alətlə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun üz, baş nahiyələrində çoxsaylı əziklər və kəsiklər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.