Bakı 4˚C Sunny

Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq qızıl oğurlayıb

Hadisə 13:18 08 okt, 2022
Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq qızıl oğurlayıb

Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq qızıl oğurlayıb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.