Bakıda yaşayış binasında yanğın oldu
Hadisə
20:27 11 dek, 2021
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.