Bakı 4˚C Intermittent clouds

Bakıda yaşayış binasını buxar bürüyüb - Səbəb olduqca maraqlıdır - VİDEO

Maraqlı 17:31 08 yan, 2022

Yaşayış binasının içərisini 1-ci mərtəbədən 5-ci mərtəbəyə kimi buxar bürüyüb

Bakıda yaşayış binasını buxar bürüyüb - Səbəb olduqca maraqlıdır - VİDEO

Xətai rayonunda binalardan birinin zirzəmisindən keçən istilik xəttində texniki nasazlıq yaranıb. Bu səbəbdən xətdən keçən isti suyun buxarı binanın blokunu bürüyüb. ''Xəzər Xəbər''ə müraciət edən sakinlər bildiriblər ki, məhz bu səbəbdən yaşadıqları binaya istiliyin verilməsi də dayandırlıb. Bəs aidiyyəti dövlət qurumlarının problemə münasibəti nə olub? 

Yaşayış binasının içərisini 1-ci mərtəbədən 5-ci mərtəbəyə kimi buxar bürüyüb.

Bura Paytaxtın Xətai rayonu Cavanşir küçəsi 9 ünvanıdır. Burada yaşayan sakinlər binanın istilik sistemində yaranan problemdən şikayətçidirlər.

Şikayətçilər iddia edirlər ki, "Azəristiliktəchizat'' ASC-nin əməkdaşları xətdə problem yarandığından binaya verilən istiliyi dayandırıblar. Bu da sakinlər üçün bu soyuq günlərdə əlavə problem yaradıb.

Məsələ ilə bağlı Xətai rayonu İstilik Sistemləri İstismar Sahəsinin rəisi Ərəstun Əsgərov ''Xəzər Xəbər''ə bildirdi ki, problemdən xəbərdardırlar. Amma binanın zirzəmisi su ilə dolduğundan istilik xətlərinə müdaxilə etmək olmur.

Xətai rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirildi ki, sakinləri narahat edən problem qısa vaxtda həll ediləcək.

Qazet.az xəzər xəbər-ə istinadla sujeti təqdim edir: