Bakı 21˚C Windy

Bakıda Yeni il şənliyindən sonra izdiham: Yaranan sıxlıq azyaşlıları çətin vəziyyətdə qoydu - VİDEO -Yenilənib2

Hadisə 14:48 01 yan, 2023
Bakıda Yeni il şənliyindən sonra izdiham: Yaranan sıxlıq azyaşlıları çətin vəziyyətdə qoydu - VİDEO -Yenilənib2

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə mediaya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".

***

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

Qazet.az xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə "Toyota Prius" və "Mercedes C Class"ın iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.