Bakıda yenicə ailə quran 18 yaşlı qız faciəvi şəkildə öldü
Gündəm
11:25 20 sen, 2022

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qazet.az-a bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mərtəbədən yerə yıxılaraq ölüb.
"Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.
Məlumata görə, S.Bəkdəmirova bir neçə ay əvvəl ailə həyatı qurub və həmin mənzildə yaşamağa başlayıbmış.