Bakıda yeniyetmə döyülərək ağır xəsarət alıb
Hadisə
11:25 25 okt, 2021
Hadisənin təfərrüatı araşdırılır
Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən döyülmə baş verib.
Qazet.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2007-ci il təvəllüdlü Ş.Əsgərov oğlu tanıdığı şəxs və yaxud şəxslər tərəfindən döyülüb.
Ş.Əsgərov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əzikləri və ənsə sümüyünün sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.