Bakıda yol-nəqliyyat hadisələrində ölən piyadaların sayı açıqlanıb
Hadisə
12:59 12 okt, 2021
Ölən piyadaların sayı açıqlanıb
Bu il Bakı şəhərində yol-nəqliyyat hadisələrində ölən piyadaların sayı açıqlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Qazet.az-a bildirib ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində ümumi hadisələrin 57,1 faizi məhz piyada vurma hallarıdır.
O deyib ki, paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır: “Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib”.