Bakıda yol qəzası olub, xəsarət alan var
Gündəm
09:06 17 noy, 2022
Bakının Xəzər rayonunda iki avtomobil toqquşub, 16 yaşlı gənc oğlan xəsarət alıb.
Qazet.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Əliyev Kənan Bəhruz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.