Bakıda YPX əməkdaşı qəzaya düşdü - VİDEO
Cəmiyyət
11:32 30 iyn, 2022
Hadisə paytaxtın Neftçilər prospektində baş verib

Bakıda yol polisi əməkdaşı motosikletlə qəzaya düşüb.
Qazet.az xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində baş verib.
Belə ki, motosikletlə xidmət aparan DYP əməkdaşı sol zolaqdan sağ zolağa manevr edən maşını görməyib və sürətlə avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.