Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür
İdman
09:21 05 noy, 2022
Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.
Qazet.az-ın məlumatına görə, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.
İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.
Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.
Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.
B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.
Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.