Bakı 22˚C Mostly sunny

Bakıdakı qətllə bağlı RƏSMİ AÇIQLAMA

Gündəm 13:36 20 dek, 2021

Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

Bakıdakı qətllə bağlı <span style="color:red">RƏSMİ AÇIQLAMA</span>

Xətai rayon prokurorluğu paytaxt ərazisinndə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Qazet.az xəbər verir ki, məlumatda deyilir:

"Dekabrın 19-u saat 22 radələrində paytaxtın Xətai rayon sakini 1947-ci il təvəllüdlü Vaqif Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 1970-ci il təvəllüdlü Ceyhun Rizayevin yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarına yaranan mübahisə zamanı kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlaıb.

Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".