Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı - FOTO
G. Nauseda Ermənistandan əvvəl Azərbaycanda rəsmi səfərdə olub

Litva Prezidenti Gitanas Nauseda Ermənistanın paytaxtı İrəvana iki günlük rəsmi səfər edib.
Qazet.az Hraparak-a istinadən xəbər verir ki, Nausedanın korteji bir neçə dəqiqə əvvəl Ermənistanın Prezident İqamətgahına doğru hərəkət edib.
Hazırda isə iqamətgahın ətrafında Baş nazir Nikol Paşinyana və cari hökumətə qarşı etiraz aksiyası keçirilir.
Nauseda iqamətgaha çatdıqda erməni həmkarı Vaaqn Xaçatryanla “Nikol-satqın” şüarları altında görüşüblər. Hazırda aksiya davam edir.
"Siz erməni xalqının maraqlarını təmsil etməyən adamla danışıqlar aparırsınız. Artsaxın öz müqəddəratını təyin etməsindən danışmağa belə haqqı olmayan, mandatı olmayan bir adamla danışıqlar aparırsınız. Ona görə də buradayıq. Bu barədə bir müddət əvvəl Baqramyan küçəsi, 26 ünvanının qarşısında, ER prezidenti Litva prezidentini qarşılayarkən “Mənim namusum var” fraksiyasından olan deputat Hayk Mamicanyan bildirib.
"Biz sizi bunu dərk etməyə, ləyaqət və həqiqətin yanında olmağa çağırırıq", - Mamicanyan əlavə edib.
Qeyd edək ki, hazırda Prezident Sarayına böyük qüvvələr gətirilir və bir qrup polis divar hörərək vətəndaşları küçəni keçərək Prezident Sarayına yaxınlaşmağa qoymur.
Xatırladaq ki, G. Nauseda Ermənistandan əvvəl Azərbaycanda rəsmi səfərdə olub.