Bakılılara şad xəbər: bu gecədən başlayır
Bu gecədən etibarən binalara mərkəzləşmiş istiliyin verilməsinə başlanacaq
Bakıda və Azərbaycanın aran rayonlarında bu gecədən etibarən binalara mərkəzləşmiş istiliyin verilməsinə başlanacaq.
Qazet.az xəbər verir ki, sovet dövründən qalan və müstəqil Azərbaycanın Nazirlər Kabinetinin indiyədək dəyişmədiyi qərara əsasən, ölkəmizin aran rayonlarında istiliyin verilməsi 15 noyabrdan başlayır və 15 aprelə qədər davam edir.
Qeyd edək ki, iqlim dəyişikliyi ilə bağlı Bakıda havalar artıq oktyabrın əvvəllərindən soyuyur və əhali daha çox elektirk qızdırıcılarından, istilik kondisionerlərindən və kombilərdən istifadə etmək məcburiyyətində qalır. Bu isə elektrik xətlərinin yüklənməsi və vaxtaşırı qəzaların baş verməsi ilə yanaşı, elektrik sərfiyyatının və əhalinin kommunal xərclərinin artması deməkdir. Bu barədə dəfələrlə millət vəkilləri məsələ qaldırsa da, Nazirlər Kabineti istiliyin verilmə vaxtının dəyişdirilməsi ilə bağlı sovetdənqalma qərarı dəyişməyib.