Bakının bu ərazisində su kəsiləcək
Cəmiyyət
12:08 15 dek, 2021
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Qazet.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.