Bakı 26˚C Intermittent clouds

Bakının bu hissəsində istiliyin verilməsi dayandırılıb

Cəmiyyət 12:35 10 dek, 2021

Gəncə prospektindən keçən magistral xətdə sızıntı olduğundan Xətai rayonunun bir hissəsində istiliyin verilməsində problem yaranıb.

Bakının bu hissəsində istiliyin verilməsi dayandırılıb

Gəncə prospektindən keçən magistral xətdə sızıntı olduğundan Xətai rayonunun bir hissəsində istiliyin verilməsində problem yaranıb.

Bu barədə Qazet.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev açıqlama verib.

O bildirib ki, günortaya qədər problem aradan qaldırılacaq.

"Hazırda iş gedir. O zonada bəzi binaların istiliyi dayandırılıb" - qurum rəsmisi əlavə edib.