Bakı 2˚C Partly sunny

Bakının daha bir küçəsi təmir edilib

Cəmiyyət 11:40 11 noy, 2022
Bakının daha bir küçəsi təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsinin təmirini başa çatdırıb.

Qazet.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, təmir işləri çərçivəsində frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə yeni asfalt-beton örtüyünü döşənib.

Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 km təşkil edir.