Bakı 32˚C Sunny

Bakının İbrahimpaşa Dadaşov küçəsində su xətləri yenilənib

Biznes 17:45 04 fev, 2022

 Bu işlər küçədə yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilib.

Bakının İbrahimpaşa Dadaşov küçəsində su xətləri yenilənib

"Azərsu" ASC Bakının Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsindən keçən içməli və tullantı su xətlərini yeniləyib.

Qazet.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu işlər küçədə yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilib.

Mövcud içməli su və kanalizasiya sistemləri təftiş edilərkən məlum olub ki, həmin xətlər uzun illərdir ki, istismar olduğundan qəzalar baş verir. Bu da öz növbəsində istismar işli çətinləşdirir, əhalinin içməli su təchizatında fasilələr yaradır, asfalt örtüyünün korlanmasına gətirib çıxarır. Yol infrastrukturunun yenidən qurulmasından istifadə edərək həmin küçədən keçən kommunikasiya xətlərinin dəyişdirilməsinə qərar verilib və layihə hazırlanıb. Layihəyə əsasən, 225 mm diametrli borularla 550 metr içməli su, 300-400 mm diametrli borularla 360 metr tullantı su xətləri inşa edilib.

Yeni çəkilmiş magistral su kəmərindən və kollektordan ətraf küçələrə və fərdi yaşayış evlərinə çıxışlar verilib. Tikinti aparılan ərazidən əks-doldurma və kipləmə işləri aparılır. Yol infrastrukturu yenidən qurulan ərazidə istismar müddətini başa vurmuş içməli və tullantı su xətlərinin yenilənməsi gələcəkdə qəza hallarının qarşısını alacaqdır.

İşlərin operativ və qısa müddətdə yekunlaşdırılması məqsədilə “Azərsu” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bu da həmin küçənin daha az müddətdə bağlı qalmasına və işlərin tez yekunlaşmasına hesablanıb.