Bakı 5˚C Mostly cloudy

Bakının mərkəzi küçələrindən biri bağlanır

Gündəm 19:33 21 sen, 2021

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur

Bakının mərkəzi küçələrindən biri bağlanır

Bu gün saat 20:00-dan 22 sentyabr saat 08:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Qazet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.