Bakı 15˚C Sunny

Bakının mərkəzində hotel satılır - Qiyməti 72 milyon manatdır / FOTOLAR

Biznes 12:55 15 iyn, 2022

Bu barədə elan saytlarının birində məlumat paylaşılıb

Bakının mərkəzində hotel satılır - Qiyməti 72 milyon manatdır / FOTOLAR

 

Bakının mərkəzində yerləşən dəbdəbəli dördulduzlu hotel satışa çıxarılıb.

Qazet.az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb.

“Qafqaz Baku City Hotel & Recidence” hoteli 72 milyon 750 min manata satılır.

Qeyd edək ki, kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan 2 otaq daxildir.

Qeyd edək ki, “Gilan Holding”ə məxsus olan “Qafqaz” hotellər şəbəkəsinə 12 hotel daxildir və şirkətin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

qaynaq