Bakı 30˚C Sunny

Bakının mərkəzində restoranda yanğın - FOTO/VİDEO

Xəbərlər 13:30 13 sen, 2022
Bakının mərkəzində restoranda yanğın - FOTO/VİDEO

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın ikinci mərtəbəsində ümumi sahəsi 350 kvadratmetr olan obyektdə (restoran kimi fəaliyyət göstərir) bir ədəd kondisioner, üç paqon metr elektrik kabeli və dam örtüyünün taxta atmaları üç kvadratmetr sahədə yanıb.

 Qazet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Obyektin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda deyilir.

Bakının mərkəzində restoranda yanğın - FOTO/VİDEO