Bakı 15˚C Sunny

Bakıya toya gələn qohumlar qəzaya düşüblər

Hadisə 00:10 29 may, 2022

Yaralılardan 6-sı qadın, 1-i kişi olub

Bakıya toya gələn qohumlar qəzaya düşüblər

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Qazet.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Yaralılardan 6-sı qadın, 1-i kişi olub. Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.