Bakıya verilişə gələn yaşlı qadın YOXA ÇIXDI - FOTO
Görənlərdən DİN-in “102 Zəng Mərkəzi Xidmətinə zəng etmələri xahiş olunur

Tovuzda itkin düşən şəxs axtarılır.
Qazet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Tovuz rayon Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.
Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
