Bakı 7˚C Sunny

"Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı

Cəmiyyət 11:15 04 iyl, 2022

Hadisə Ramana qəsəbəsində qeydə alınıb

"Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qazet.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.

qaynaq