Bakı 33˚C Sunny

Balakəndə emalatxanaya gedən koronavirus xəstəsi evinə qaytarıldı - VİDEO

Hadisə 20:05 17 noy, 2021

Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır

Balakəndə emalatxanaya gedən koronavirus xəstəsi evinə qaytarıldı - <span style="color:red">VİDEO</span>

Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qazet.az-a verilən məlumata görə, şəhər sakini Sədrəddin Dibirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb.

Həmin şəxs özlərinə məxsus emalatxanada oradakı işçilərin və müştərilərin yanında aşkarlanıb, izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri qaytarılıb.

S.Dibirov barəsində Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.