Bakı 2˚C Windy

Balqabağın müalicəvi faydaları- Video

Maraqlı 18:15 11 noy, 2021

Qış aylarında maddələr mübadiləsinin ləngiməsi orqanizmin müqaviməti azaldır və infeksiyalara yol açır

Balqabağın müalicəvi faydaları- Video

Süfrələrin rəngli üzü, payızın ən şirin qidalarından biri olan balqabağı dəyərləndirməyin zamanıdır. 

Balqabağı   bir çoxumuz  tərəvəz bilsək də, əslində meyvədir. Bioloğiyada  toxumu olan hər şey meyvə hesab olunur.

Beta-karotin, C, K, E vitaminləri, maqnezium, fosfor və dəmir baxımından çox yaxşı qida qaynağı olan balqabağın sağlamlığa bir çox faydası var.   

Xüsüsilə soyuq qış günlərində balqabağı müxtəlif cür bişirərək süfrəyə verməklə orqanizmin enerjisini artırmaq və xəstəliklərdən qorunmaq mümkündür.  

Balqabaqdan pankeyklər, kətələr, kekslər, balqabaq şirəsi, tortu, püresi, şorbalar, boranı plov və s. hazırlamaq olur.

“Superfood” adlandırılan balqabağın faydaları:

Tərkibində yüksək səviyyədə alfa və beta karotin var. Bu karotenoidlər antioksidant xüsusiyyətlərinə görə müdafiə sisteminin ən böyük köməkçiləri arasındadır.

Güclü A vitamini mənbəyidir və tərkibindəki zeaksantin adlı karotenoidlə göz sağlamlığını qorumağa kömək edir.

C vitamini ilə zəngindir. Vitamin C bədəni  patogen mikroblara qarşı qoruyan ağ qan hüceyrələrinin istehsalını stimullaşdırmaqla bədənin müdafiəsini dəstəkləyir. Balqabaq (100 q) bir böyük adamın  gündəlik C vitamininə ehtiyacının 35 faizini ödəyir.

Xərçəng xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.   

Bədənin hər hansı bir yerində iltihabı sağaltmağa kömək edir. 

Toxumu prostat sağlamlığı üçün təsirlidir.  

İmmunitet sistemini gücləndirməkdə təsirlidir.

Yaxşı bir lif qaynağı olan balqabaq həm ürək, həm də bağırsaq sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Yarım stəkan balqabağın tərkibində 3 qramdan çox lif var. Yüksək lif istehlakı xolesterol səviyyəsini aşağı salmağa kömək edir, beləliklə ürək sağlamlığını qoruyur; bağırsaq hərəkətliliyini tənzimləyərək kolon xərçəngi riskini azaltmaqda da böyük rol oynayır. Lif istehlakının artması ilə toxluq müddəti artır.

Sağlamlığa çoxsaylı faydaları olan Omeqa 3 balqabağın tərkibində də var. 

Tərkibindəki kalsium, manqan, maqnezium, mis, dəmir və fosfor tərkibi ilə sümük toxumalarındakı zədələri sağaltmağa kömək edir, sümük inkişafını dəstəkləyir və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

Balqabaq tərkibindəki L-triptofan adlı maddə ilə depressiya kimi ruhi sağlamlıq xəstəliklərinə qarşı çox təsirlidir. 

Kaliumla da çox zəngin olan bu super qida qan təzyiqini tənzimləməyə kömək edir. Damarların və arteriyaların rahatlamasına imkan verdiyi üçün ürəyə olan stress azalır və qan təzyiqi aşağı düşür. Həmçinin hüceyrə və toxumalarda maye balansının tənzimlənməsini təmin edir.

 

B1, B3, B6, Pantotenik turşu kimi bir çox vitamin; Fol turşusu, fosfor və dəmir kimi mineralları ehtiva edən balqabağa bu qış pəhrizinizdə mütləq yer ayırın. Tərkibindəki vitamin və minerallarla immunitet sisteminizi gücləndirin, maddələr mübadiləsini sürətləndirin və sağlam dəriyə sahib olun.

 

Yaşlanmanın təsirlərini gecikdirir.

Dərinizin yayda olduğu kimi parlamasına böyük dəstək olur. Tərkibində yüksək miqdarda olan karotenoidlər pəhriz yağı ilə birlikdə istifadə edildikdə dəridə piqmentasiyaya səbəb olur və dərini daha canlı göstərir. 

C vitamini ilə kollagen istehsalını dəstəkləyərək dərinin daha gənc görünməsinə kömək edir.

Dərinin sağlamlığı da soyuq havalardan öz payını alır, daha çox quruyur, rəngini və parlaqlığını itirir. Bu dövrdə yorğunluq şikayətləri də artır. Bədəninizdə bu dəyişiklikləri müşahidə etməyə başlamışsınızsa, balqabağı gündəlik pəhriz siyahısına əlavə etməyin vaxtıdır.   

Xüsusilə qadınlar soyuq qış günlərində dərilərinin quruyub çatlamasından şikayətlənirlər. Halbuki dərinin parıltısını və təravətini təmin edən materiallar kosmetika mağazalarında deyil, yanınızda və mətbəxinizdədir! Balqabağın tərkibindəki antioksidant minerallar və A vitamini soyuq qış günlərində qurumağa başlayan dərinin bərpasını dəstəkləyir. Piling olaraq  bir çox maskaların içərisində olan balqabaq, sadəcə şorba kimi yedikdə də  dərinin nəmlənməsinə kömək edir. 

 

Qazet.az  balqabaqla bağlı maraglı videonu diqqətnizə təqdim edir:

Günay Cavanşir