50 milyon avroluq kokaini səhvən başqasına göndərdilər
Xəbərlər
22:35 29 avq, 2022
Almaniya polisi Brandenburqda 660 kiloqram narkotik vasitə olan kokaini qanunsuz dövriyyədən çıxarıb.
Qazet.az TASS-a istinadla xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, yarım tondan artıq kokain banan qutuları arasında gizlədilib.
Hadisənin üstü topdansatışla məşğul olan iş adamının polisə müraciətindən sonra açılıb. İş adamı polisə müraciət edərək banan qutuları arasında naməlum maddə olduğunu bildirib. Araşdırma zamanı həmin maddənin kokain olduğu üzə çıxıb.
Polisin məlumatına görə, narkotik maddə Kolumbiyadan yollanıb. Lakin məhsul səhvən brandenburqlu satıcıya gəlib. Müsadirə edilən narkotik vasitənin ümumi dəyəri 50 milyon avrodur.