“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək
Biznes
11:13 09 apr, 2022
"Bank of Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Mayın 24-də, saat 15:00-da "Bank of Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Qazet.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.