Bakı 19˚C Sunny

Bankda partlayış: 17 nəfər öldü

Gündəm 17:59 19 dek, 2021

Partlayış nəticəsində bank yerlə-yeksan olub, 17 nəfər ölüb

Bankda partlayış: <span style="color:red">17 nəfər öldü</span>

Pakistanın Kəraçi şəhərində yerləşən ölkənin ən böyük banklarından birində partlayış baş verib.

Qazet.az xəbər verir ki, partlayış nəticəsində bank yerlə-yeksan olub, 17 nəfər ölüb.

Pakistan polisi faciənin bank binasının altından keçən təbii qaz borusunun partlaması nəticəsində baş verdiyini açıqlayıb.

Qeyd edək ki, dünən də Bəlucistan əyalətində bazarda baş verən partlayış nəticəsində 1 nəfər həlak olmuş, 10 nəfər də yaralanmışdı.