Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb
Hadisə
17:52 12 okt, 2021
Hazırda digər istiqamətlərdə də tədbirlər davam etdirilir
Azərbaycanda bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Bildirib ki, məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq tutulub: "Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".