“Banklararası Kart Mərkəzi” ilə bu il 85 milyon əməliyyat aparılıb
Biznes
16:42 02 avq, 2022
Azərbaycan Mərkəzi Bankı “Banklararası Kart Mərkəzi” (BKM) kart əməliyyatı aparıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda “Banklararası Kart Mərkəzi” (BKM) üzərindən 84,6 milyon kart әmәliyyatı aparılıb.
Qazet.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, əməliyyatların dəyəri milli valyutada 4,1 milyard manat, xarici valyutada isә 14,7 milyon dollar və 4,7 milyon avro təşkil edib.
BKM ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalının ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılıb.